...

Jurnalistin avtomobili yenidən qarət olundu (FOTO)

Gündəm Materials 7 Yanvar 2021 10:04 (UTC +04:00)
Jurnalistin avtomobili yenidən qarət olundu (FOTO)

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərində jurnalist İlham Məmmədzadənin avtomobili yenidən qarət olunub. Bu barədə Trend-ə jurnalist özü məlumat verib.

O bildirib ki, hadisə ötən gecə Sumqayıt şəhəri, 36-cı məhəllədə yaşadığı binanın qarşısında baş verib.

Naməlum şəxslər onun avtomobilinin sol-qabaq qapısının şüşəsini sındıraraq qarət edib. Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) məlumat verilib.

Xatırladaq ki, analoji hadisə 2019-cu ildə də eyni ərazidə baş vermişdi. Həmin vaxt da jurnalistin avtomobili eyni ərazidə gecə saatlarında qarət edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti