...

Türkiyədə son sutkada koronavirusdan 8 103 nəfər sağalıb

Gündəm Materials 10 Yanvar 2021 23:39 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 176 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 22 807 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 9 138 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 326 256 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 103 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 198 150 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti