...

Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Gündəm Materials 22 Yanvar 2021 14:14 (UTC +04:00)
Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Bakı. Trend:

Yanvar ayının 22-dən 23-nə keçən gecədən etibarın Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər Zığ-Suraxanı yolundan istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti