...

Ötən il sərhədi pozmağa cəhd edən 32 nəfər qeyri-leqal miqrant saxlanılıb

Gündəm Materials 11 Mart 2021 21:02 (UTC +04:00)
Ötən il sərhədi pozmağa cəhd edən 32 nəfər qeyri-leqal miqrant saxlanılıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində dövlət sərhədini pozmağa cəhd edən 32 nəfər qeyri-leqal miqrant saxlanılıb, onlara bələdçilik edən 2 nəfər və bu fəaliyyətlə məşğul olan 3 qrup məsuliyyətə cəlb edilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatında deyilir.

Qeyd olunub ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 nəfər insan alveri qurbanı müəyyənləşdirilərək aidiyyəti orqanlara məlumat verilib.

Bundan əlavə dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2020-ci il ərzində 250 halda 322 nəfər sərhəd pozucusu saxlanılıb. Saxlanılan sərhəd pozucularının 18,00 faizi (58 nəfəri) qadın olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti