...

Qəbələdə şəhidin xatirəsinə bulaq inşa edilib

Gündəm Materials 15 Mart 2021 17:59 (UTC +04:00)
Qəbələdə şəhidin xatirəsinə bulaq inşa edilib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qəbələdə Vətən müharibəsində canından keçmiş 19 yaşlı şəhidin adına bulaq inşa edilib.

Trend-in məlumatına görə, bu təşəbbüs sadə vətəndaşlar tərəfindən həyata keçirilib. Yeni yaşayış massivində inşa olunan bulaq 19 yaşlı Ağaşirin Firuz oğlu Babayevin adına salınıb.

Bundan əlavə, bulağın inşa edildiyi ərazidə abadlıq işləri də aparılıb. Müxtəlif növ ağaclar əkilib, yaşıl zolaqlar salınıb.

Qeyd edək ki, Ağaşirin Babayev üç bacının yeganə qardaşı olub. 2001-ci ildə Qəbələ rayonu Qəmərvan kəndində dünyaya gəlib. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb. Ağcəbədidə N saylı hərbi hissədə xidmət edib.

27 sentyabr tarixindən başlayan Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollanıb. Bir sıra döyüşlərdə iştirak edib. Noyabrən 3-ü tarixində Ağdərə uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti