...

Sumqayıtda zavod ərazisində top mərmisi tapılıb (FOTO)

Gündəm Materials 14 Aprel 2021 10:19 (UTC +04:00)
Sumqayıtda zavod ərazisində top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Tuk zavod ərazisində partlayış təhlükəli əşyanın aşkar olunması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş pirotexnik qrupu cəlb olunub.

Hadisə yerinə baxış zamanı döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli 1 ədəd 122 millimetrlik top mərmisi aşkar edilib.

FHN XRXX-nin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin etdikdən sonra pirotexniklər aşkar edilmiş mərmini ərazidən götürərək, müvafiq qaydada zərərsizləşdiriblər.

Əraziyə təkrar baxış zamanı digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti