...

İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA

Gündəm Materials 6 May 2021 12:03 (UTC +04:00)
İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hazırda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Tərtər, Xocavənd rayonlarında, o cümlədən Şuşa şəhərində evlərin və həyətyanı ərazilərin minalardan təmizlənməsi həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

“Bu günədək aparılan əməliyyat tədbirləri zaman 2051 hektar ərazi mina və partlamamış hərbi sursatdan tam təmizlənib. Əməliyyatlar zamanı 18 min 648 mina və partlamamış hərbi sursat tapılıb və zərərsizləşdirilib”.

Twitter: @JeyhunAlakbar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti