...

Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir

Gündəm Materials 8 May 2021 16:34 (UTC +04:00)
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir

Bakı. Samir Əli - Trend:

Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, əyani tədrisə qayıtmaq vacibdir: “Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər. Şərait olan məktəblərdə tədris həftədə 5 gün olacaq. Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti