...

Sabah Bakı-Sumqayıt qatarı bu qrafiklə işləyəcək

Gündəm Materials 27 May 2021 11:15 (UTC +04:00)
Sabah Bakı-Sumqayıt qatarı bu qrafiklə işləyəcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

28 may tarixində Abşeron dairəvi dəmir yolu xəttində qatarların hərəkəti qeyri-iş günlərində olduğu qrafikə uyğun saxlanılır.

Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, həmin gün hər iki xətt üzrə aşağıdakı qatarlar hərəkətdə olacaq:

Bakı-Pirşağı-Sumqayıt xətti üzrə

Sumqayıtdan 6604, 6606, 6612, 6620 nömrəli,
Bakıdan isə 6603, 6615, 6617 və 6621 nömrəli;

Bakı-Xırdalan-Sumqayıt xətti üzrə

Sumqayıtdan 6004, 6008, 6012, 6022 nömrəli,
Bakıdan isə 6005, 6015, 6019, 6023 nömrəli.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust tarixinə kimi uzadılıb və həmin müddət ərzində şənbə və bazar günləri sərnişin qatarları hərəkətdə olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti