Raket və Artilleriya Qoşunlarının hərbi hissəsində tədbir keçirilib (FOTO)

Raket və Artilleriya Qoşunlarının hərbi hissəsində tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Ermənistanın təxribatlarının qarşısını almaq və uzun illərdir işğal altında olan tarixi torpaqlarımızı azad etmək məqsədilə Azərbaycanın “Dəmir yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsi təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoyularaq kapituliyasiyası, məğlubiyyəti ilə başa çatdı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız və Ordumuz Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi ədaləti bərpa etdi. Bu gün hər bir azərbaycanlı fəxr edir ki, qalib bir ölkənin vətəndaşıdır. Hər bir hərbi qulluqçu isə qalib bir Ordunun əsgəri olmaqdan böyük qürur duyur.

Zəfər günümüzdən altı aya yaxın bir vaxt keçməsinə baxmayaraq, düşmən yenə hiyləgər və məkrli niyyətlərindən əl çəkmir, biabırçı məğlubiyyəti ilə barışmaq istəmir, bölgədə mövcud olan reallıqlardan nəticə çıxarmır.

Müdəfiə Nazirliyinin təşkilatçılığı ilə Raket və Artilleriya Qoşunlarının döyüşən hərbi hissələrindən birində “Dəmir yumruq yerindədir!” devizi altında keçirilən tədbirdə bu barədə daha ətraflı danışılıb. Ermənistanın təcavüzkar, işğalçı, terrorçu, dağıdıcı bəzi revanşist qüvvələrinə ismarıc ünvanlanıb ki, təxribatlar törətməkdənsə, sovet ideologiyasının tarixi Azərbaycan torpaqlarında yaratdığı ölkənizi bürümüş hərbi, siyasi, iqtisadi, mənəvi böhrandan xilas olmaq üçün yollar arayın, məzlum erməni xalqının gələcəyini düşünün. Əks təqdirdə Azərbaycanın atacağı addımlar daha ciddi, daha kəskin olacaqdır!

Tədbir başlamazdan öncə hərbi hissənin həyətində şəhidlərin xatirəsinə inşa edilmiş abidə ziyarət olunub, Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri ehtiramla yad edilib.

“Qələbə marşı”nın sədaları altında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə bəyan etdiyi kəlamlar səsləndirilib:

“Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir... Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir!”.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani şəxsi heyət qarşısında çıxış edərək son vaxtlar dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlara, düşmənin diversiya qruplarının fəallaşmasına kəskin etirazını bildirib. Azərbaycan əsgərinin peşəkarlığı, mübarizliyi ilə onların qarşısının vaxtında, itkisiz alındığını qeyd edərək hər kəsi ayıq-sayıq olmağa, ehtiyatı əldən verməməyə, döyüş hazırlığını daim yüksəltməyə çağırıb.

“Digər qoşunlarla yanaşı Raket və Artilleriya Qoşunlarının şəxsi heyəti də ölkəmizin müstəqilliyinin, təhlükəsizliyinin keşiyində ayıq-sayıqlığını heç vaxt itirmir və istənilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə hazırdır. Artilleriyaçılarımız Vətən müharibəsində Qələbənin qazanılması naminə öz sözlərini deyib və müharibənin ilk günündən düşmən üzərinə endirdiyi kütləvi atəş zərbələri ilə onların dərinlikdə yerləşən bölmələrini canlı qüvvə və texnika baxımından böyük itkilərə məruz qoyaraq şok təsiri yaradıb, hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini sıradan çıxararaq havada üstünlüyümüzü təmin edib. Düşmənin ön xətdə və dərinlikdə yerləşən komanda və idarəetmə məntəqələrinə dağıdıcı zərbələr vuraraq onların idarəetmə sisteminin fəaliyyətini pozub”, - deyə polkovnik A.Qurbani artilleriyaçılarımızın böyük Zəfərin qazanılmasında müstəsna xidmətləri olduğunu bildirib.

Qeyd edilib ki, müharibənin ilk günü artilleriya bölmələri tərəfindən 500-ə yaxın hədəflər məhv edilib, müasir döyüş taktikasına uyğun olaraq xüsusi təyinatlı qüvvələr, motoatıcı bölmələr və pilotsuz uçuş aparatları ilə qarşılıqlı əlaqədə düşmənin hərbi obyektləri, taktiki əhəmiyyətli yol qovşaqlarını birləşdirən körpüləri, xeyli sayda canlı qüvvəsi, atəş vasitələri və hərbi texnikası aşkar edilərək vaxtında və dəqiq yerinə yetirilən atəşlərlə məhv edilib və bununla da özü haqqında miflər uyduran Ermənistan silahlı qüvvələrinin müqavimətlərinin qarşısı alınıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti qəhrəman artilleriyaçıları “Topçular marşı” və “Müzəffər Ordumuz” mahnıları ilə salamlayıb, onların Qələbə sevincinə şərik olub.

Respublikamızın ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Qarabağ” ordeni və 5 döyüş medalı ilə təltif olunan hərbi qulluqçu Ümidvar Quliyev bildirib ki, Vətən müharibəsi dövründə təkcə Raket və Artilleriya Qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edilib.

Şuşa şəhərinin işğaldan azad olunmasına və Qələbəyə aparan çətin ərazilərdən, düşmənin gözləmədiyi istiqamətlərdən, keçilməsinə böyük peşəkarlıq tələb olunan dağ-meşə yollarından uğurla keçən özüyeriyən və reaktiv qurğularımız fasiləsiz, dəqiq və sərrast atəş tapşırıqları ilə hücum edən bölmələrimizin atəş dəstəyini məharətlə təmin edib, artilleriya batareyalarının tətbiqi isə bu istiqamətlərdə hərbi əməliyyatların uğurla nəticələnməsinə səbəb olub.

Zabit Ü.Quliyev vurğulayıb ki, uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları tamamilə pozulub. Artilleriyaçılar dünən olduğu kimi bu gün də, gələcəkdə də öz xidməti vəzifələrini şərəflə, vicdanla yerinə yetirməyə hazırdırlar. Dostlarımız da, düşmənlərimiz də birdəfəlik bilməlidirlər ki, Raket və Artilleriya Qoşunlarının da dəmir yumruğu yerindədir! Lazım olan vaxtda düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmağa qadirdir!

Hərbi qulluqçulardan “Qarabağ” ordeni ilə təltif olunmuş Pərviz İbrahimov və Şamxal Səlimovun cəbhə xatirələri də tədbir iştirakçılarında böyük maraq oyadıb.
Döyüşdə xüsusilə fərqlənən əsgər və zabitlərə “Vətən müharibəsi şəhidləri” kitabının nüsxələri hədiyyə edilib, Vətənimizi, Müzəffər Ali Baş Komandanı, rəşadətli Azərbaycan Ordusunu, Qələbəni tərənnüm edən mahnı və şeirlər səsləndirilib.

Tədbir aparıcının “Cəngi” musiqisinin sədaları altında söylədiyi şeirlə başa çatıb:
- Düşmən unutmasın bu son savaşı,
Aldığı yaralar çox dərindədir.
Qəzəbi kükrəyər Azərbaycanın,
Dəmir yumruq yenə öz yerindədir
Yumruqlarını düyərək bir ağızdan “Dəmir yumruq yerindədir!” deyən igid artilleriyaçıların gur səsi ətrafa yayılaraq düşmənlərə meydan oxuyub.

Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək
Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək
Azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizlə görüş olub (FOTO)
Azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizlə görüş olub (FOTO)
İsmayıllıda “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbir keçirilib (FOTO/VİDEO)
İsmayıllıda “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbir keçirilib (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 5 214 nəfər sağalıb
Rusiya Daxili İşlər Nazirliyinin binasında yanğın baş verib
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
Azərbaycan TRACECA-nın gələcək inkişaf strategiyası və perspektivlərini alqışlayır
AVRO-2020: Xorvatiya millisi Şotlandiyanı məğlub edərək pleyf-offa çıxıb
Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub
Apple iPhone 12 Mini smartfonun istehsalını dayandırıb
Masallıda evdə yanğın olub
Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək
Vaksinasiya işlərinə məsuliyyətlə yanaşmalıyıq və gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev
Yaponiyanın cənub-qərbində vulkan püskürüb
FHN Binəqədidə ağaclıq ərazidə yanğinla bağlı məlumat yayıb (VİDEO)
Avropa Şurasının baş katibi saxlanılan ermənilərin Azərbaycan tərəfindən qaytarılmasını alqışlayır
Vergi ödəyicilərinin NƏZƏRİNƏ! Toylarla bağlı bunları etmək mütləqdir
Abşeronda şəhid Mənsur Əhmədovun xatirəsinə bulaq istifadəyə verildi (FOTO)
Azərbaycan ilə Pakistan hərbi nümayəndə heyətlərinin görüşü olub
Baş nazir Əli Əsədov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşüb
Azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizlə görüş olub (FOTO)
İsmayıllıda “Müzəffər Komandan, Müzəffər Ordu” adlı tədbir keçirilib (FOTO/VİDEO)
Toylara icazə verilir: Qaydalara nəzarət necə olacaq?
Ermənistan əhalisi qisas alma fikrini rədd etdi, insanlar dövlətin inkişafını istəyir - İqor Korotçenko
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Binəqədidə ağaclıq ərazidə başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
BMT-nin ali nümayəndəsi işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib (ƏLAVƏ OLUNUB) (FOTO)
DTX rəisi ölkəmizdə rəsmi səfərdə olan Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
Fransa portalı: Ermənistan birinci Qarabağ müharibəsində itkin düşmüş 4000 azərbaycanlının taleyi barədə məlumat vermir
Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb
Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Anadolu Qartalı-2021” təlimi başladı (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
İyunun 23-nə USD/AZN rəsmi məzənnəsi
DİN toy məclislərinə nəzarət qaydalarını AÇIQLADI
Rostov müəssisələrinin nümayəndələrinin Azərbaycana biznes-missiyası təşkil olunub
Bakıda yaşayış komplekslərinin 85 faizi kanalizasiya şəbəkəsi ilə təmin ediləcək
Ermənistanda seçkilərdən sonrakı proseslər etiraz və qarşıdurmalar vəd edir
ANAMA yanında İctimai şuraya namizədlər müəyyənləşdi (FOTO)
Bakıda yeni Nəbatat bağı salınacaq
Azad olunan ərazilərə keçmək istəyən şəxslər saxlanıldı
Hərbi Prokurorluqda Vətən müharibəsi iştirakçıları ilə görüş olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı 3 milyonu keçdi
Azərbaycanda 47 nəfər koronavirusa yoluxub, ölən olmayıb
İmişli rayonunda qazlaşma səviyyəsi 94 %-i ötüb (FOTO)
Əvvəlki həyatımıza geri dönürük - Protezlə təmin olunan Qarabağ qaziləri (VİDEO)
Həyatın normal ritmini bərpa etməyin yeganə yolu kütləvi vaksinasiyanın həyata keçirilməsidir - Tamam Cəfərova
"Əqli Mülkiyyət Hüquqları: Biliklərin Təkmilləşdirilməsi və Təcrübələrin Paylaşılması" mövzusunda vebinar keçirilib (FOTO)
“Startap” şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb
Pakistan 13 milyon doza Pfizer peyvəndi alacaq
Bakıda bildirçin kəsimi məntəqəsində nöqsanlar aşkarlandı
Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin edildi (FOTO)
Ətraf mühit və iqlim dəyişmələri üzrə nazirlər görüşünün 3-cü sessiyası keçirilib
Könül Nurullayeva AŞPA-nın Yay Sessiyası üzrə baş tutan videokonfransında iştirak edib (VİDEO)
YAP Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
Peyvənd olunmaq koronavirusu həyatımızdan çıxarmağın yeganə yoludur - Səttar Möhbalıyev
Azərbaycan korrupsiyaya qarşı mübarizədə beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirir
Dövlət Komitəsində diaspor rəhbəri ilə görüş keçirilib
Ceyhun Bayramov Qulam İshaqzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib (FOTO)
“Məşğulluq marafonu”na artıq 123 işəgötürən qoşulub, 388 vakansiya təqdim edilib
Sərhəd mühafizəsi sahəsində Azərbaycan-Pakistan birgə əməkdaşlığı müzakirə edilib (FOTO)
BMT İnkişaf Proqramı ilə icra olunan layihələr müzakirə olunub (FOTO)
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılır - FƏRMAN
“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun təsdiqləndi
Bakı-Quba yolunun bir hissəsində təmir aparılır (FOTO)
Energetika Nazirliyinin işçilərinin say həddində dəyişiklik edilib
Şuşada tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə tapşırılıb - SƏRƏNCAM
Bu gündən daha bir avtobusda ödəniş kartla olacaq
Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi
Kəlbəcərdə sərhəd mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı üçün 24.5 milyon manat ayrıldı - SƏRƏNCAM
İranda bir gündə koronavirusdan 116 nəfər ölüb
Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq
13 nəfərlik erməni təxribat qrupunun məhkəmə baxışı iyunun 29-na təyin edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
700-dək qaziyə əlillik dərəcələri təyin olunub
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir - Qərargah rəisi
Özbəkistan jurnalistləri Kəlbəcərdə həlak olmuş jurnalistlərlə bağlı başsağlığı verib
Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb - Kamaləddin Qafarov
Çimərlikdə istirahətə mane olanlar saxlanılıblar (FOTO/VİDEO)
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib
Milli Məclis enerji resursları barədə yeni qanun layihəsini birinci oxunuşda qəbul edib
Sabah Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq
Azərbaycan və Misir XİN arasında məsləhətləşmələr keçirilib
Bu il torpaqlarımızı təhlükəsiz əkib-biçirik - Qarabağlı fermerlər (VİDEO)
Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi
Azərbaycanda yeni fond yaradılır
Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar başlayır
Odlar Yurdu Universitetində təyinat olub
Toz dumanı həftənin sonuna qədər davam edəcək
Türkiyədə turizm sektoru tədricən bərpa olunur - Nazirlik
Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların baş verəcəyi istisna deyil
COVID-19 virusu insan psixologiyasına necə təsir edir?
Saxta spirtli içki hazırlayan mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirilib (FOTO/VİDEO)
Əlilliklə bağlı yeni qaydalar gələn ildən qüvvəyə minəcək - Parlament təsdiqlədi
Şəki sakinlərindən xeyli sayda odlu və soyuq silah götürülüb (FOTO)
BirKart sahibləri ölkə üzrə olan Mall-larda daha çox qazanacaqlar
İspaniyada təhsil alacaq tələbələr müəyyənləşib (FOTO)
Gömrükdə saxlanılan avtomobillərdə qanunsuz dərman və siqaretlər aşkarlanıb (FOTO)
Unibank ipoteka faiz dərəcəsini endirib
100 mindən çox Azercell abunəçisinə 5GB aylıq internet paketi hədiyyə olunub
Nəsimi rayonunda küçələr təmir edilir (FOTO)
Avstraliyada ermənilərin təxribatının qarşısı alınıb
Milli Məclisin növbədənkənar iclası başladı
Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır - XİN
Bütün xəbərlər