...

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi bütün tədbirləri "Nizami Gəncəvi ili"nə həsr edib - İrek Zinnurov

Gündəm Materials 17 İyul 2021 16:47 (UTC +04:00)
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi bütün tədbirləri "Nizami Gəncəvi ili"nə həsr edib - İrek Zinnurov

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci il Azərbaycanda "Nizami Gəncəvi ili" elan olunub və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi demək olar, bütün tədbirləri bu mövzuya həsr edib.

Bunu Trend-ə Mərkəzin rəhbəri İrek Zinnurov deyib.

Onun sözlərinə görə, tədbirlər sırasına Nizam yaradıcılığı üzrə rus dilində olimpiada da daxildir. Bu tədbirdə təxminən 3,5 min şagird iştirak edib: "Bundan başqa, hər il mərkəzdə keçirilən "Puşkiniana" olimpiadasını qeyd etmək lazımdır. Bu tədbir ölkələrimizin iki böyük şayiri Aleksandr Puşkin və Nizami Gəncəvinin adı ilə keçirilib".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti