...

Tərtərdə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

Gündəm Materials 26 İyul 2021 11:16 (UTC +04:00)
Tərtərdə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

Bakı. Trend:

Beyləqan Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı Evoğlu, Seyidimli, Hacıqərvənd, Qaradağlı və Hüsənli kəndlərində yerləşən 5 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, 5 nəfər barəsində İnzibatə Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti