...

Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının birgə təlim-məşqləri davam edir (FOTO/VİDEO)

Gündəm Materials 7 Sentyabr 2021 11:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti