...

Türkiyə yerli peyvəndinin klinik sınaqlarının Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlar aparır

Gündəm Materials 12 Sentyabr 2021 18:29 (UTC +04:00)

Bakı.Trend:

Qırğızıstandan sonra ölkəyə qayıdan Türkiyə prezidentin köməkçisi Fuat Oktay yerli vaksin haqqında açıqlama verib.

Trend-in məlumatına görə, Fuat Oktay TURKOVAC vaksinin üçüncü klinik sınaq mərhələsinin Qırğızıstan Respublikasında həyata keçirilməsi ilə bağlı ölkə başçısı Sadır Japarov ilə razılığa gəlindiyini bildirib.

F.Oktay qeyd edib: "Peyvəndin kliniki sınaqlarının üçüncü mərhələsi ilə əlaqədar olaraq Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa daxil olmaqla bir çox ölkə ilə danışıqlar davam edir. TURKOVAC-ın bütün dünyada istifadə edilən vaksin kimi tanınması üçün lazımi addımlar atılmaqdadır", -deyə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti