Bakı. Çingiz Səfərli -Trend:
Əfsuslar olsun ki, bu gün veteran adından sui-istifadə edən və bu işlə məşğul olan QHT-lər arasında mənfi yol tutan qüvvələr var.
Trend xəbər veirr ki, bunu "Nəsillərin görüşü" adlı tədbirdə çıxışı zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev deyib.
O bildirib ki, “Veteranlarla bağlı ölkədə 100-ə qədər QHT fəaliyyət göstərir. Bu QHT-lərin içərisində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi yer tutur. Veteranlarla işlərə diqqətlə yanaşılmalıdır:
"Bu cür görüşlər təkcə rəsmi deyil, qeyri-rəsmi formatda da təşkil olunmalı, təcrübə mübadiləsi aparılmalıdır. Biz də bu işlərə hər cür dəstək göstərməyə hazırıq".