...

Qurumlar tıxaclarla bağlı görülən işlər barədə hesabat verməlidir - Deputat

Gündəm Materials 11 Oktyabr 2021 11:45 (UTC +04:00)
Qurumlar tıxaclarla bağlı görülən işlər barədə hesabat verməlidir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Aidiyyəti qurumlar tıxac probleminin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, Bakıda tıxaclarla bağlı böyük problemlər yaşanır. Bu insanların həyatında böyük vaxt itkisinə səbəb olur. Məktəblər açıldıqdan sonra bu problem daha da böyüyüb: “Aidiyyəti qurumlar bu məsələnin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir.

Bakı nəqliyyatla kifayət qədər yüklənmiş şəhərdir, lakin bunun əziyyətini vətəndaşlar çəkməməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti