...

Bakıda Zəfər yürüşü və flaşmobu keçirilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 8 Noyabr 2021 11:10 (UTC +04:00)
Bakıda Zəfər yürüşü və flaşmobu keçirilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərində yürüş təşkil olunub. Zərər yürüşü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlayıb.

Trend xəbər verir ki, Azneft dairəsindən “Ağ şəhər” bulvarınadək davam edən yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparıblar. Yürüşü süvari dəstəsi müşayiət edib.

“Ağ şəhər” bulvarınadək davam edən yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatıb. Flaşmobda könüllü gənclərin iştirakı ilə Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyası yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti