...

Trend TV-nin hazırladığı "Zəfərin Zirvəsi Şuşa" filmi Real TV-də yayımlanıb (VİDEO)

Gündəm Materials 9 Noyabr 2021 20:32 (UTC +04:00)
Trend TV-nin hazırladığı "Zəfərin Zirvəsi Şuşa" filmi Real TV-də yayımlanıb (VİDEO)

Bakı. Trend:

Tarixi Zəfərin bir ili münasibətilə Trend Beynəlxalq İnformasiya Agentliyi Şuşa döyüşlərində iştirak etmiş bir qrup xüsusi təyinatlı ilə görüşüb, onların döyüş xatirələrini əks edirən “Zəfərin Zirvəsi Şuşa” adlı sənədli film hazırlayıb.

Trend-in məlumatına görə, “Zəfərin Zirvəsi Şuşa” adlı sənədli filmi Real Tv-də də yayımlanıb.

Filmdə Şuşa əməliyyatlarının iştirakçıları – Vətən Müharibəsi Qəhrəmanları, "Zəfər" və "Qarabağ" ordeni ilə təltif edilmiş DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarının keçdikləri döyüş yolu geniş yer alıb. Xüsusi təyinatlılar Şuşa əməliyyatının detalları, real döyüş əməliyyatları, düşmən üzərində qazandıqları inamlı qələbələr, işğalçılara verilən layiqli dərs, meşələrdə, qayalıqlarda, çaylarda və çətin relyefli ərazilərdə aparılan döyüşlərlə bağlı xatirələrini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti