...

DSX kursantının intiharı ilə bağlı cinayət işi açılıb

Gündəm Materials 18 Noyabr 2021 11:10 (UTC +04:00)
DSX kursantının intiharı ilə bağlı cinayət işi açılıb

Bakı. Trend:

İntihar edən Dövlət Sərhəd Xidmətinin (DSX) kursantı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, DSX Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır.

Qeyd edək ki, noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti