...

Amnistiya aktı çərçivəsində 1 saylı cəzaçəkmə müəssisəsindən 19 nəfər azad edilib (FOTO)

Gündəm Materials 3 Dekabr 2021 11:27 (UTC +04:00)
Amnistiya aktı çərçivəsində 1 saylı cəzaçəkmə müəssisəsindən 19 nəfər azad edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsindən amnitsiya şamil edilən 19 nəfər azad edilib.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, onlardan 9 nəfər azadlığa buraxılıb, 10 nəfər isə gün ərzində azadlığa çıxacaq.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Proses 4 ay müddətində davam etdiriləcək. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti