...

Düşmənin dağıtdığı evlərin bərpası başa çatdırılır – Trend TV-nin Füzulidən reportajı

Gündəm Materials 10 Dekabr 2021 10:27 (UTC +04:00)
Düşmənin dağıtdığı evlərin bərpası başa çatdırılır – Trend TV-nin Füzulidən reportajı

Füzuli. Aslan Məmmədli – Trend:

44 günlük Vətən müharibəsi dövründə Ermənistanın dinc yaşayış məntəqələrimizi artilleriya və raket atəşlərinə tutması nəticəsində 11 şəhər və rayonda yüzlərlə mülki obyekt dağıdılıb.

Qələbədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə zərərçəkmiş şəxslərə məxsus evlər və obyektlərin təmirinə başlanılıb və təxminən 1 il ərzində təmir və bərpa işləri başa çatdırılıb. Hazırda Füzuli rayonunda aparılan tikinti-təmir işləri yekunlaşmaq üzrədir.

Trend-in Qrabağ bürosunun çəkiliş qrupu bu günlərdə Füzuli rayonu ərazisində tam yenidən inşa edilərək vətəndaşlara təhvil verilmiş evlərdə olub, ev sahiblərinin təəssüratlarını öyrənib. Vətəndaşlar bildiriblər ki, dövlət onlar üçün əvvəlkindən qat-qat yaxşı və müasir şəraitli evlər tikib. Düşmən vəhşiliklərindən zərərçəkmiş vətəndaşlarımız vurğulayıblar ki, çətin günlərdə hər an dövlətin diqqətini və qayğısını hiss ediblər.

Qeyd edək ki, Horadiz şəhəri də daxil olmaqla Füzulinin 10-dan çox yaşayış məntəqəsində dağıntılar törədilib. Ən çox dağıntılar isə rayonunun Horadiz şəhəri, Alıxanlı, Şükürbəyli, Qarabağ, Arayatlı kəndləri və Zobucuq qəsəbələrində qeydə alınıb. 13 yaşayış evi və 1 qeyri yaşayış obyekti tam olaraq, yararsız vəziyyətə düşüb. 360-a yaxın tikiliyə zərər dəyib. Ötən dövr ərazində Füzuli rayonunda 13 yaşayış evi və 1 qeyri yaşayış obyekti yenidən tikilərək vətəndaşların istifadəsinə verilib. Zərər dəymiş 360 tikildən 358-də təmir və bərpa işləri artıq başa çatıb. Sakinlər öz evlərinə köçüb. Evlərin bərpası ilə yanaşı yarasız hala düşən ev əşyalarının alınması üçün də dövlət başçsının tapşırığına əsasən konpensasiyalar ödənilib.

Videoreportajı təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti