...

Sinif yoldaşlarını bıçaqla hədələyən şagird psixoloq dəstəyi alır - Mehriban Vəliyeva

Gündəm Materials 15 Dekabr 2021 12:46 (UTC +04:00)
Sinif yoldaşlarını bıçaqla hədələyən şagird psixoloq dəstəyi alır - Mehriban Vəliyeva

Bakı. Çingiz Səfərli - Trend:

Suraxanı rayonu 282 nömrəli məktəbdə özünü aqressiv aparan şagird tədrisinə davam edir və psixoloq dəstəyi alır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, həmin şagirdin psixologiyasında problem var, lakin üzərinə gedib ittiham etmək düzgün deyil.

"Eyni hal hazırda başqa məktəbdə də özünü büruzə verib. Valideynlər ayağa qalxıb, şikayət edirlər. Bu yaxşı hal deyil. Biz cəmiyyət olaraq onları qəbul etməli, inkişafları istiqamətində əlimizdən gələni etməliyik. Şagirdlərin müəyyən məhdudiyyətləri varsa, bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işlər görməliyik".

Qeyd edək ki, Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi tədris prosesi zamanı özünü çox aqressiv aparıb, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edib. O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirib, nizam-intizam qaydalarına riayət etməyib və dərs prosesini pozub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti