Bakı. Fərid Zöhrabov - Trend:
1992-ci ilin yanvarın 25-i başlayıb bir gün sonra uğursuzluğa düçar olan “Daşaltı əməliyyatı”ndan 30 il ötür.
Trend-in əməkdaşları Şuşaya səfəri zamanı 28 ildən sonra qəhrəman ordumuzun azad etdiyi Daşaltı kəndində olub.
Daşaltı kəndi Şuşaya gedən yolun üzərində yerləşir. Bu kənd 1992-ci il yanvarın 25-i başlayıb bir gün sonra bitən və Azərbaycanın hərb tarixinə acı məğlubiyyət kimi düşən “Daşaltı əməliyyatı”nın keçirildiyi yerdir.
Bu əməliyyatın uğursuzluğu o dövrdə Azərbaycan qoşunlarının döyüş ruhuna və əhalinin ovqatına çox ciddi təsir göstərmişdi. Daşaltının tutulması Şuşanın işğalına gətirib çıxartmışdır. 28 ildən sonra qəhrəman əsgərlərimiz Daşaltı kəndini erməni işğalından azad etməklə Şuşaya yol açdı. Hərb tarixinin ən parlaq qələbələrindən olan bu hadisə ilə müzəffər ordumuz 28 il əvvəlki ləkəni təmizlədi, şəhidlərimizin qanı yerdə qalmadı.Bu zəfərlə xalqımızın illərlə aldığı mənəvi zərbələrin yerini də doldurub, tarixi ədaləti bərpa etdi.
Daşaltını azad olunmasında iştirak edən qəhrəman əsgər və zabitlərimiz Trend TV-yə açıqlamasında öz təsüratlarını bölüşüblər.
Video: Seymur İsmayılov