...

Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu keçib

Gündəm Materials 28 Yanvar 2022 00:58 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu keçib

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 360 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 3 395 352 nəfər koronavirusa yoluxub, 10 176 nəfər isə dünyasını dəyişib.

Bildirilir ki, yoluxanların ümumi sayı 360 578 392, ölənlərin isə 5 620 865 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti