Bakı. Elçin Mehdiyev – Trend:
Ağdam rayonunda həyata keçirilən quruculuq və bərpa işləri Prezident İlham Əlyevin böyük qayıdışıla bağlı xalqımızın 30 illik arzularının gerçəkləşdirilməsinin göstəricisidir. İşğaldan azad edilmiş bütün ərazilərimizdə ilk növbədə kommunikasiyaların bərpası və yenidən qurulması layihələri həyata keçirldi ki, bu birinci mərhələnin ən vacib komponemtlərindən biri idi .Yol və nəqliyyat layihələrinin icrası istər ərazilərimizin minalarla çirkləndirilmiş olması baxımından, istərsə də köhnə infrastrukturun tamamilə dağıdılması səbəbilə ən çətin vəzifələrdən biri idi.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, qısa müddətdə demək olar ki, azad edilmiş ərzailərimizin böyük bir hissəsəində bu işlər çox sürətlə həyata keçirildi.
“İknci mərhələ isə enerji layihələrinin icra olunması idi. Bu da özlüyündə mürəkkəb və yenə də təhlükəsizilik məsələləri baxımından olduqca çox diqqət və zaman tələb edən məsələ idi. Ancaq Azərbaycan qısa müddətdə bu çətinkilırin öhdəsindən gəlməyi bacardı. Hazırda işğaldan azad edilmiş ərazilərimiz, hər iki iqtisadi rayon, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə elektrik enerjisi təminatı layihələri təkcə bugünki deyil eyni zamanda perespektiv tələbatı da nəzərə almaqla elə icra edilib ki, onlar elektrik enerjisi ilə təhcizatın uzunmüddətli təminatçısı olacaqdır.
Təkcə son Ağdam səfəri zamanı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam və Ağcabədi rayonlarında 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonundaisə “Ağcabədi” yarımstansiyasının açılışlarında iştirak etdilər. Bu yarımstansiyalar eyni zamanda ölkəmizin ümumi enerji şəbəkələrinə inteqrasiya edilməklə etibarlı təhcizat üçün mühüm təminatçı olacaqlar”, - deyə deputat bildirib.
O qeyd edib ki, beləliklə yol və enerji kommunukasiyalarının ən yüksək səviyyədə qurulması Qarabağ iqtisadi rayonunun inkişafı üçün mühüm rol oynayan paralel kommunikasiyalar olacaq.
“Şübhəsiz ki, yalnız bundan sonra azad edilmiş ərazilərimizdə sənaye kompleksləri və digər iş yerlərinin yaradılmasından danışmaq mümkündür ki, artıq bu istiqamətdə də paralel olaraq ardıcıl və sistemli addımlar atlımaqdadır. Ağdam səfəri zamanı Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması hadisəsi gələcək iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyətli hadisə oldu. Çünki məskunlaşma və böyük qayıdış özlüyündə iş yerlərinin açılması və sosial təminatın əvvəlcədən yaradılmasını tələb edir ki, bu da qayıdış və məskinlaşma problemlərinin həllinə kompleks yanaşmanı şərtləndirir”, - deyə deputat bildirib.
O vurğulaıb ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin Ağdama səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması, işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması, hazırkı dövrə kimi ölkəmizdə müasir səhiyyə infrastrukturunun qurulması işlərinin tərkib hissəsi kimi işğaldan azad olunmuş ərazilərimizdə də səhiyyə xidmətlərini əlçatan edəcək ki, bu da öz doğma yurdlarında yenidən məskunlaşan vətəndaşlarımız üçün zəruri sosial və tibbi xidmət təminatı olcaq.
“Ən mühüm məsələlərdən biri isə 30 il işğal altında qalmaqla erməni vandalları tərfindən dağıdılan və təhqir edilən mədəni irsimizin bərpası məsələsidir ki, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işləri mühüm əhəmiyyət kəsb edir.
Ağdam Cümə məscidi xalqımızın yüzilliklər boyu dini-mənəvi həyatında mühüm rol oynamış dini abidə kimi mənəvi kontekstə olduqca qiymətli abidələrimizdən biridir. Onun bərpa edilməsi eyni zamanda mənəvi dirçəlişimiz və bütövlüyümüzün simvollarından birinin bərpası kimi əhəmiyyətlidir .Ona görə də işğaldan azad olunmuş ərazilərimizdə mədəni və dini abidələrin bərpasında Heydər Əliyev Fondunun rolu olduqca böyükdür və xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Səfər çərçivəsində Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması isə qısa müddətdə doğma yurd yerlərimizə qayıdacağımızın müjdəsi oldu”, - deyə deputat əlavə edib.