...

Baş Prokurorluq Müdafiə Nazirliyinin sabiq idarə rəisinin saxlanılmasını təsdiqlədi

Gündəm Materials 21 Fevral 2022 13:20 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Baş Prokurorluq Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlunun saxlanılması xəbərini təsdiqləyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Məlikməmməd Qurbanov 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti