...

Yaponiya Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib

Gündəm Materials 23 Fevral 2022 07:44 (UTC +04:00)

Bakı. Trend:

Yaponiya hökuməti Rusiyaya qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Baş naziri Fumio Kisida bildirib.

O, Moskvanı “Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün diplomatik addımlara qayıtmağa” çağırıb və qeyd edib ki, qondarma “DNR” və “LNR”nin müstəqilliyinin tanınması “Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır”.

Baş nazir bildirib ki, buna görə “ölkəmiz sanksiyalar tətbiq etmək qərarına gəlib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti