Bakı. Fərid Zöhrabov - Trend:
Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib.
Trend xəbər verir ki, üçüncü çarter reysi bu gün saat 9:20 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Təxliyə olunanların əksəriyyəti qadın və uşaqlardır.
Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana ümumilikdə 510 nəfər təxliyə olunub.