...

“Metsamor” Atom Elektrik Stansiyası region üçün real təhlükədir - Ekspert

Gündəm Materials 4 Mart 2022 15:51 (UTC +04:00)
“Metsamor” Atom Elektrik Stansiyası region üçün real təhlükədir -  Ekspert

Bakı. Fərid Zöhrabov - Trend:

Ermənistan Atom Elektirik Stansiyasının (AES) fəaliyyətini davam etdirməsi region üçün təhlükə yaradır.

Bunu Trend-ə "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, region ölkələrinin ekspertləri dəfələrlə bildiriblər ki, "Metsamor" AES-in fəaliyyəti region ölkələri üçün təhlükəlidir.

"Ermənistan Atom Elektirik Stansiyasının istismar müddəti çoxdan bitib. Ermənistan "Metsamor" AES-in fəaliyyətini uzatmaq üçün müxtəlif bəhanələr gətirir. Ermənistan Metsamor atom elektrik stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır. Stansiya müasir tələblərə cavab vermir. İstifadə edilən avadanlıqlar da köhnəlib. Azərbaycan, Rusiya, Gürcüstan və İranın ekoloji orqanları bu məsələ ilə bağlı ciddi məşğuldurlar. Bütün bunlara baxmayaraq, Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına almaqda davam edir", -deyə İ. Vəlizadə bildirib.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti