...

Əkin sahələri Qarabağdan gələn su ilə suvarılır - Trend TV-nin REPORTAJI

Gündəm Materials 11 Mart 2022 14:08 (UTC +04:00)
Əkin sahələri Qarabağdan gələn su ilə suvarılır - Trend TV-nin REPORTAJI

Ağdam. Aslan Məmmədli – Trend:

Ağdamda əkin sahələri işğaldan azad edilən su mənbələri vasitəsilə suvarılacaq. Bunun üçün aidiyyəti qrumlar tərəfindən hazırlıq prosesi gedir.

44 günlük Vətən müharibəsinə kimi Ağdamın bizdə olan ərazilərində əkin sahələrinin suvarılması prossesi uzun vaxt aparırdı. Belə ki, Xaçınçay və Ağdamkənd su anbarları düşmənin nəzarəti altında olduğundan suların qarşısı kəsilmişdi. Bu da məhsuldarlığa öz mənfi təsirini göstərirdi. İllərdi fermer kimi fəaliyyət göstərən müsahibimiz bildirir ki, işğal müddətində fermerlər öz əkin torpaqlarını artezan quyuları vasitəsilə suvarıb.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Ağdamdakı əkin sahələrində aparılan işlərlə tanış olub, fermerlərlə söhbətləşib. Hazırda bu problem aradan qaldırılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra həmin ərazilərdəki su mənbələrindən istifadə artıq fermerlərin də işini asanlaşdırıb. Fermerlər suvarma işinin təşkili üçün aparılan sürətli işlərə görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

İndi fermerlər əkin sahələrini vaxtlı-vaxtında suvarmaqla yanaşı həm də yüksək məhsuldarlıq əldə edə biləcəklər. Fermerlər Trend-n çəkiliş qrupuna bildiriblər ki, işğaldan azad edilən ərazilərdə su mənbələrindəki suyun tərkibinin mineral maddələrlə zəngin olması əkin prossesində yüksək məhsuldarlığın əldə olunmasına şərait yaradacaq.

Hazırda Ağdam Mexaniki Suvarma İdarəsi 35 min 400 hektar kənd təsərrüfatı bitkilərinin suvarılmasına və eləcə də 75 min nəfər əhalinin içməli və məişət suyuna xidmət edir.

Hazırda idarənin balansında 986 subartezan quyusu, 4 nasos stansiya, 4 suyığıcı göl, 192 hidrotexniki qurğu və 365 kilometr suvarma kanalları mövcuddur. Həmin subartezan quyuları 120, 65, 40 kub həcmində su verən subartezan quyularıdır. Müsahibimiz deyir ki, illər öncə həmin subartezan quyularının məhsuldarlığı çox olub. Lakin torpaqlarımız işğal altına düşdüyündən, mənfur düşmənlərimiz torpaqlarımız kimi su mənbələrimizi də işğalda saxladığından sonralar ciddi problemlər üzə çıxıb.

Hazırda sözügedən su mənbələri minalardan təmizlənir. Bu il həmin su mənbələrindən əkin prossesində istifadə olunacağı planlaşdırılır. Görülən işlər bununla bitmir. İşlək vəziyyətdə olan və ya azad olunmuş ərazilərdə ki, bərpa olunacaq arteziyan quyularında müasir avadanlıqlar quraşdırılacaq. Bu sahədə artıq işlərə start verilib. Xatırladaq ki, bu günə kimi Ağdam Mexaniki suvarma idarəsi rayon ərazisində olan 35 min 400 hektar kənd təsərrüfatı bitkilərini subartezan quyuları və nasos stansiyaları vasitəsilə su ilə təmin edib. Qeyd edək ki, hazırda Ağdamda pambıq səpininə hazırlıq prossesi gedir, arat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti