Bakı. Trend:
Minalar kimyəvi və bioloji silahlar qədər təhlükəli hesab edilməlidir.
Trend-in məlumatına görə, bunu Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.
O qeyd edib ki, əraziləri minalardan təmizləmə vacib bir öhədlikdir.
"BMT minaların kimyəvi və bioloji silahlar qədər təhlükəli oduğunu hesab edib, bu sahədə səylərini artırmalıdır. Düşünürəm ki, keçirilən bu konfrans minatəmizləmə sahəsində əməkdaşlıqlar üçün mühüm əhəmiyyət kəsb edir", - deyə o əlavə edib.