...

ABŞ Ukraynaya 100 milyon dollara qədər əlavə hərbi yardım göndərəcək

Gündəm Materials 6 Aprel 2022 08:24 (UTC +04:00)
ABŞ Ukraynaya 100 milyon dollara qədər əlavə hərbi yardım göndərəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Kiyevə 100 milyon dollara qədər əlavə hərbi yardım ayırmağı tapşırıb, bura tank əleyhinə sistemlər daxil olacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatlarda deyilib.

Ağ Evdən bildiriblər ki, C.Bayden ABŞ Dövlət Katibinə Ukraynaya yardım məqsədilə ABŞ Müdafiə Nazirliyinin ümumilikdə 100 milyon dollara qədər müdafiə məhsulları və xidmətlərinə, hərbi hazırlıq və təlimə ayrılmaq üçün səlahiyyət verib.

E.Blinkenin bəyanatında qeyd olunub ki, o, sözügedən yardımın “Ukraynanın əlavə tank əleyhinə sistemlərə təcili ehtiyacını ödəmək üçün” verilməsini əmr edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti