...

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir (FOTO/VİDEO)

Gündəm Materials 13 Aprel 2022 16:42 (UTC +04:00)
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir (FOTO/VİDEO)

Bakı. Trend:

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.
Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.
Yarış aprelin 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti