...

Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik, aktiv olmalıyıq - Akademik Rasim Əliquliyev

Gündəm Materials 3 İyun 2022 12:12 (UTC +04:00)
Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik, aktiv olmalıyıq - Akademik Rasim Əliquliyev

Bakı. Trend:

Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətərində böyük naliyyətlər əldə edib. Amma “Teknofest”də hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq.

Trend-in məlumatına görə, bunu "Teknofest" festivalında AMEA-nın iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin xüsusi iclasında vitse-prezident, AMEA-nın “Teknofest” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev deyib.

Onun sözlərinə görə, AMEA-nın innovasiya, tətbiq məsələləri ilə daxili və xarici bazara çıxması bir neçə xüsusi təşkilatları çıxmaq şərti ilə yaranan mənzərə diqqəti o qədər də cəlb edən deyil.

“Sanki laqeydlik, inamsızlıq var. AMEA-ya kənardan o dərəcə etimad yoxdur. Bizim innovativ istiqamətdə fəaliyyətimizin daha da təkmilləşdirilməsi, Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ilə bağlı ciddi problem var. Burada təşkilatı, inzibati, maliyyə, institusional tədbirlərin görülməməsi kimi məqamları gördük”, -deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti