...

Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)

Gündəm Materials 26 İyun 2022 20:58 (UTC +04:00)
Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib. Həmçinin hərbi qulluqçular şəhidlərimizin məzarlarını ziyarət edib, onların ailələri ilə görüşüblər.

Bayram tədbirlərində Hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti