...

ABŞ və Misir ərzaq çatışmazlığından narahat olduqlarını bildiriblər

Gündəm Materials 17 İyul 2022 05:51 (UTC +04:00)
ABŞ və Misir ərzaq çatışmazlığından narahat olduqlarını bildiriblər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden və Misir prezidenti Əbdülfəttah əs-Sisi dünyada ərzaq çatışmazlığından narahat olduqlarını bildiriblər.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytında bildirilib.

Qeyd olunub ki, iki ölkə başçıları terrorizmlə mübarizədə əməkdaşlığa sadiqliklərini təsdiqləyiblər və “İslam dövləti” terror qruplaşmasına qarşı mübarizədə beynəlxalq koalisiyanın mühüm nailiyyətlərini alqışlayıblar.

Bildirilib ki, ABŞ və Misir Ukraynadakı vəziyyətlə əlaqəli olan "ciddi qlobal nəticələrlə bağlı xüsusi narahatlığı bölüşür". Söhbət qlobal təchizat zəncirlərinə və enerjinin qiymətinə təsirindən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti