...

Fırıldaqçıların yeni üsulu - "Vişinq"

Gündəm Materials 17 Sentyabr 2022 15:09 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Fırıldaqçı özünü real şəxs kimi göstərir və sizə zəng edərək şəxsi məlumatlarınızı, məsələn, bank hesabınızın nömrəsini, e-poçt ünvanınızı və digər məlumatları almağa çalışır.

Trend-in məlumatına görə, fırıldaqçının e-poçt və ya saxta URL kimi müxtəlif mediadan istifadə etdiyi fişinq hücumlarından fərqli olaraq, "vişinq" (vishing) hücumları telefon zənglərinə, "WhatsApp","Skype" kimi "IP" üzərindən edilir.

"Vişinq" necə işləyir?

Hücum zamanı fırıldaqçı sizin nömrənizə zəng edəcək və özünü bankın əməkdaşı kimi təqdim edəcək və yaxud özünü əvvəllər tanış olduğunuz biri kimi göstərəcək.

"Vişinq" nümunələri hansılardır?

Texniki Dəstək Fırıldaqçılığı.

Texniki dəstək fırıldaqları olduqca çoxdur. Fırıldaqçı cihazınızda təcili yeniləməyə ehtiyacı olan təhlükəsizlik boşluqlarını aşkar etdiklərini söyləyə bilər. Zəifliyi aradan qaldırmaq üçün fırıldaqçı sizdən cihazınıza uzaqdan daxil olmağınızı xahiş edəcək və bununla da cihazınıza giriş əldə edəcək.

Bank və ya digər maliyyə saxtakarlığı.

Fırıldaqçılar guya bankınızdan sizə zəng edir, bank hesabınızın sındırıldığını və s. deyə bilərlər. Çox diqqətli olmaq lazımdır. Mümkün qədər tanımadığınız nömrələrdən gələn zəngləri götürməyin.

Özünüzü "Vişinq" hücumundan necə qorumalısınız?

Unutmaq olmaz ki, ətrafımızda həmişə belə hücumlar olur.

Mümkün qədər naməlum nömrələrdən gələn zənglərə cavab verməyin. Birbaşa SMS silin.

Bilmədiyiniz nömrəyə cavab vermisinizsə, dedikləri məlumatları araşdırın. Məsələn, bankınızdan zəng etdiyinizi deyirlərsə, bankınıza zəng edin və yoxlayın. Heç bir məlumat paylaşmayın.

Onlayn təhlükələr haqqında məlumatlardan xəbərdar olun.

Ailənizi və yaxınlarınızı xəbərdar etməyidə unutmayın.

Cihazlarınıza uzaqdan daxil olmaq istəyən insanlar üçün cavabınız xeyir olsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti