...

Bəzi dövlətlər Ermənistan tərəfindən döyüşən muzdluların tutulması üçün zəruri əməkdaşlıq etmir

Gündəm Materials 12 Oktyabr 2022 09:46 (UTC +04:00)
Bəzi dövlətlər Ermənistan tərəfindən döyüşən muzdluların tutulması üçün zəruri əməkdaşlıq etmir
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan tərəfindən döyüşən muzdluların tutularaq Azərbaycana ekstradisiya edilməsində müəyyən problemlər olsa da, biz buna nail olacağıq.

Trend-in məlumatına görə, bunu bu gün Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bu prosesdə müəyyən çətinliklər var.

"Təəssüf ki, bəzi dövlətlər bununla bağlı kifayət qədər zəruri əməkdaşlıq göstərmir. Amma bilirsiniz ki, biz hətta Xocalı dövründən olan cinayətkarları ikinci Qarabağ müharibəsindən sonra tutub məsuliyyətə cəlb etmişik, onların real məhkəmə kürsüsündə oturmasını təmin etdik. Bu şəxslər də məsuliyyətə cəlb ediləcək.

Digər tərəfdən də başladığımız bu cinayət işlərindən beynəlxalq ədalət məhkəməsində, beynəlxalq instansiyalarda istifadə edirik. Əldə olunan sübutlarla biz Ermənistanın dövlət kimi siyasətinin beynəlxalq hüquq normalarına zidd olduğunu da sübut edirik, bu da çox vacibdir",-Kamran Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti