...

Türkiyə dünyadakı ərzaq böhranının qarşısını aldı - NATO-nun baş katibi

Gündəm Materials 3 Noyabr 2022 21:35 (UTC +04:00)
Türkiyə dünyadakı ərzaq böhranının qarşısını aldı - NATO-nun baş katibi

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı keçirib.

Trend-in məlumatına görə, nazir taxıl sazişinin bitməsi ilə bağlı onun 20 gün ərzində yenidən yenilənməsin lazım olduğunu bildirib.

İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinə toxunan nazir Çavuşoğlu iki ölkənin Madrid razılaşmasına sadiq olduqlarını təsdiqlədiklərini deyib.

NATO-nun baş katibi Türkiyənin NATO-nun mühüm müttəfiqi olduğunu bildirib. Y.Stoltenberq qeyd edib ki, Türkiyə dünya ərzaq böhranının qarşısını aldı. Y.Stoltenberq buna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Y.Stoltenberq Finlandiya və İsveçin Türkiyənin terrorla mübarizə ilə bağlı narahatlığını aradan qaldıracağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti