Bakı. Trend:
Türkiyənin İstanbul şəhərinin İstiqlal prospektində insan tələfatı ilə nəticələnən partlayışı törədən, bomba atan adam ələ keçirilib. İlkin məlumata görə, PKK/PYD terror təşkilatına bağlı olduğu aşkarlanan adam İstanbul polis əməkdaşları tərəfindən tutulub. Bununla da terror aktının təşkil edən və törədənlərin üzə çıxarılması mümkün olacaq.
Xatırladaq ki, noyabrın 13-ü yerli vaxtla saat 16:13 radələrində İstanbulun İstiqlal prospektində şiddətli partlayış baş verib. Terror aktı olan hadisə nəticəsində altı nəfər ölüb. Yaralanan 81 nəfərdən 39-u evə buraxılıb. Reanimasiyada müalicəsi davam etdirilən 7 yaralıdan ikisinin vəziyyəti kritik ağırdır.
Trend-in məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "İstanbulun İstiqlal prospektində törədilən terror aktı" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Cavid Vəliyev - BMTM-in şöbə müdiri, Rauf Arifoğlu - "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Nazim Bayandurov – İMZA İB-nin sədr müavini və Ramil Həsən - Milli Məclisin deputatı, mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: