...

“Odda-İki bacı” adlı anti-Türkiyə filmi Bakıda nümayiş etdirilməyəcək (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 30 Noyabr 2022 16:25 (UTC +04:00)
“Odda-İki bacı” adlı anti-Türkiyə filmi Bakıda nümayiş etdirilməyəcək (ƏLAVƏ OLUNUB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Odda-İki bacı” filmi Bakıda nümayiş etdirilməyəcək.

Trend-in məlumatına görə, bu barədə bu gün Almaniyanın Azərbaycandakı səfirliyi Facebook səhifəsində qeyd edib.

"Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Filmdə uzun illərdir bir-birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edir. Almaniyada insanların təxminən dörddə-biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də "Odda-İki bacı" filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, Landmark kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil”, - deyə bildirilib.

XXX
14:40

Almaniyanın Bakıdakı səfirliyi Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə “Landmark”da "Odda - İki Bacı" ("Sisters Apart") filminin nümayişini təşkil edir.

Trend-in məlumatına görə, anti-Türkiyə mövzusunda lentə alınmış film İraqda kürd silahlı dəstələrinin hərbi düşərgəsində təlim keçən Rojda adlı qızdan bəhs edir.

Daha öncə filmin Bakıda yerləşən kinoteatrlarda nümayişi nəzərdə tutulsa da, filmin Azərbaycana qardaş olan Türkiyə qarşı mövzuda lentə alınması buna imkan verməyib. Bakıda yerləşən kinoteatrlar anti-Türkiyə mövzusunda olduğuna görə filmin yayımlanmasından itmina ediblər.

Bundan sonra isə Almaniyanın Bakıdakı səfirliyi filmin "Landmark" biznes mərkəzində nümayiş olunacağını açıqlayıb. "Landmark" rəhbərliyinin anti-Türkiyə və terrorun təbliği mövzusunda filmin yayımına niyə icazə verdiyi də anlaşılan deyil.

Türkiyəni hədəf alan filmin nümayişi isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış filmin Bakıda nümayişi yolverilməzdir.

Almaniya səfirliyinin bu təşəbbüsü həm terrorun təbliği, həm də qardaş Türkiyəyə qarşı atılan addımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti