...

biletim.az portalının təqdimatı olub (FOTO)

Gündəm Materials 9 Dekabr 2022 10:11 (UTC +04:00)
biletim.az portalının təqdimatı olub (FOTO)

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı istifadəyə verilir.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində nəqliyyat sisteminin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsilə bağlı tədbirləri davam etdirir. AYNA-nın göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı istifadəyə verilir. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir. Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

Sistemin “Biletim” mobil tətbiqi də istifadəyə verilir. Mobil cihazlar üçün tətbiqi “App Store” və “Google Play”dan yükləmək mümkündür.

Biletlər 10 gün əvvəldən satışa çıxarılacaq.

Sərnişinlər bilet əldə etmək üçün “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.

QR-kod əsaslı bilet kağız və ya elektron formatda səyahət öncəsi təsdiq üçün sürücüyə və ya perron nəzarətçisinə təqdim olunmalıdır.

Vətəndaşlar 15 dekabr tarixindən etibarən “biletim.az” portalı üzərindən onlayn biletləri əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti