...

Bizim milli sərvətlərimiz talanır, istismar edilir - QHT rəhbəri (VİDEO)

Gündəm Materials 12 Dekabr 2022 14:08 (UTC +04:00)
Bizim milli sərvətlərimiz talanır, istismar edilir - QHT rəhbəri (VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Şuşa. Trend:

Bizim milli sərvətlərimiz talanır, istismar edilir.

Bunu bu gün Trend-ə açılamasında Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında keçirdiyi etiraz aksiyasının iştirakçısı, Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin rəhbəri Qəmzə Yusubova deyib.

"Biz bu gün burada aksiya keçiririk və Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan baş verənlərlə bağlı açıqlamalar istəyirik. Səhər saatlarından etibarən aksiya davam edir, lakin A.Volkov hələ də gəlməyib. Biz də bəyan edirik ki, A.Volkov gəlib bizim suallarımıza cavab verənə qədər heç bir yerə getməyəcəyik - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə yerləşən yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, bu gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb. Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti