Bakı. Trend:
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadəyə yeni vəzifə verilib.
Trend-in məlumatına görə, Mətbuat xidmətinin rəhbəri G.Səlimzadə tutduğu vəzifədən azad olunaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat alıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən məlumat təsdiqlənib.