Bakı. Trend:
Qırğızıstan Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərini və ənənələri inkişaf etdirmək niyyətindədir.
Trend xəbər verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor strukturları rəhbərlərinin iştirakı ilə keçirilən beynəlxalq forum çərçivəsində Qırğızıstan Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev jurnalistlərə deyib.
Osmonəliyevin sözlərinə görə, hələ 20-ci əsrin birinci yarısında Qırğızıstanda böyük Azərbaycan diasporu yaranıb.
“Hazırda ölkəmizdə 20 mindən çox azərbaycanlı yaşayır", - deyə o bildirib.
Osmonəliyev, həmçinin vurğulayıb ki, Azərbaycan diasporu Qırğızıstanın ən güclü və nüfuzlu diasporlarından biri hesab olunur. Orada alimlər, mühəndislər, həkimlər, siyasətçilər fəaliyyət göstərir.