...

"Traktor" futbol klubu Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını pisləyib

Gündəm Materials 27 Yanvar 2023 15:57 (UTC +04:00)
"Traktor" futbol klubu Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını pisləyib

Bakı. Trend:

Təbrizin "Traktor" futbol klubu Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktı ilə bağlı paylaşım edib.

Trend bu barədə futbol klubunun "Tvitter" hesabına istinadən xəbər verir.

"Qardaşın acısını ancaq qardaş anlayar. Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu qətiyyətlə pisləyirik. Terror dayandırılsın!", - paylaşımda deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti