...

"Google"-un yeni funksiyası ilə işlənmiş avtomobillər siyahıya alınacaq

Gündəm Materials 30 Yanvar 2023 14:09 (UTC +04:00)
"Google"-un yeni funksiyası ilə işlənmiş avtomobillər siyahıya alınacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“SearchLab” tərəfindən paylaşılan məlumata görə, “Google” növbəti yeniləməni sınaqdan keçirir.

Trend-in məlumatına görə, ilk olaraq ABŞ-da istifadəyə veriləcək yeniləmə istifadəçilərə “Google Axtarış"-dan çıxmadan yaxınlıqda satılan avtomobilləri görməyə imkan verəcək. “Google”-da biznes profili olan dilerlər "Avtomobil İdentifikasiya Nömrəsi" olan bütün avtomobilləri bu siyahıya əlavə edə biləcəklər.

Bu siyahıya pikap, karavan və motosiklet kimi nəqliyyat vasitələri daxildir. Yəni bu yeniləmə ilə “Google”-da ikinci əl avtomobilləri axtardığınız zaman yaxınlıqdakı dilerlərin satışa çıxardığı avtomobillər siyahıya alınacaq. Seçdiyiniz avtomobilin xüsusiyyətlərini və istifadə şərtlərini "Satılır" bölməsində görə biləcəksiniz. Bu yolla ikinci əl avtomobil alarkən “Google”-un qeyd etdiyi nəqliyyat vasitələrindən yararlana bilərsiniz. Bu yeniləmə ilk olaraq ABŞ-da yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti