...

Vətən müharibəsi şəhidinin xatirəsi anılıb (FOTO)

Gündəm Materials 5 Fevral 2023 15:30 (UTC +04:00)
Vətən müharibəsi şəhidinin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Şəhnin Novruzovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Mərasim iştirakçılarına Ş.Novruzovun ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim edilib.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti