...

Hatayda zəlzələdən sonra partlayış olub, yanğın başlayıb (VİDEO)

Gündəm Materials 6 Fevral 2023 10:18 (UTC +04:00)
Hatayda zəlzələdən sonra partlayış olub, yanğın başlayıb (VİDEO)

Bakı. Trend:

Türkiyənin Kahramanmaraş şəhərində baş verən verən zəlzələ nəticəsində Hatayın Kırıkhan rayonunun Topboğazı kəndində təbii qaz boru xəttində partlayış olub və yanğın baş verib.

Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Kəndin 200 metr dərinliyində aralarında 3 km məsafə olan iki ayrı nöqtədə zəlzələ nəticəsində partlayış olduğu və yanğın baş verdiyi bildirilir.

Məlumata görə, yanğın hələ də davam edir.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfəri keçib. 440 nəfər yaralı var.

Xəbər lenti

Xəbər lenti