...

Türkiyə xalqı qədər Azərbaycan xalqı da bu hadisədən çox üzülür - Afət Həsənova

Gündəm Materials 8 Fevral 2023 15:21 (UTC +04:00)
Türkiyə xalqı qədər Azərbaycan xalqı da bu hadisədən çox üzülür - Afət Həsənova

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələ və çoxsaylı insan itkisi, yaralılar və dağıntılar hər birimizi çox kədərləndirdi. Bu, böyük bir faciədir və qardaş-bacılarımızın kədəri bizim də kədərimizdir. Türkiyə xalqı qədər Azərbaycan xalqı da bu hadisədən çox üzülür.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də qardaş Türkiyənin yanında olan birinci ölkə oldu, Prezident İlham Əliyev dərhal qardaş Türkiyəyə yardım göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi.

“Artıq xilasedicilərimiz Türkiyədə dağıntılar altında qalmış insanların xilas edilməsində fəal iştriak edirlər. Bununla yanaşı, həkimlərimiz də türkiyəli qardaş və bacılarımıza yardım göstəmək üçün hadisə yerindədirlər.

Bu gün bütün Azərbaycan xalqı qardaş Türkiyə üçün birləşib, xalqımız Vətən müharibəsində necə həmrəylik nümayiş etdirmişdisə, bu gün də qardaş Türkiyə üçün həmrəy olub, canla-başla türkiyəlı qardaş və bacılarımıza yardım göstərmək üçün bir araya gəlib. Şəhərin müxtəlif yerlərində başladılan yardım kampaniyalarında xalqımızın izdihamı Türkiyə və Azərbaycan qardaşlığının daha bir parlaq nümunəsidir, xalqımızın bu hadisədən nə qədər üzüldüyünü göstərir”, - deyə A.Həsənova qeyd edib.

A.Həsənova vurğulayıb ki, Türkiyə də hər zaman çətin gündə Azərbaycanın yanında olub. “İstər Qarabağ münaqişəsi dövründə, istər Vətən müharibəsi dövründə biz bunun şahidi olmuşuq. Türkiyə və Azərbaycan çətin gündə də, sevincli gündə də daim bir-birinin yanında olub və bu, həmişə də belə olacaq. İnanıram ki, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq və Azərbaycan sona qədər Türkiyənin yanında olacaq”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti